Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə qeyri-qanuni tikililərə qarşı monitorinqlər davam etdirilir

21 may 2025 | 15:57

Gəncə Şəhər İcra Hakimiyyəti yanında, şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikililərin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın üzvləri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə qeyri-qanuni tikililərə qarşı monitorinqlər aparırlar.

Növbəti monitorinqlər zamanı şəhərin Gülüstan yaşayış massivinin ərazisində aşkarlanmış dövlət mülkiyyətində olan torpağın zəbtinin qarşısı alınıb. Bununla yanaşı, Hacıkənd qəsəbəsində qanunsuz şəkildə yüngül konstruksiyalardan qurulmuş qeyri-qanuni obyektlərin söküntüsü də təmin edilib.

Qeyd edək ki, aparılan monitorinqlər mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər