Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə qida məhsullarının saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirmə tədbiri keçirilib

22 fevral 2024 | 17:00

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3 bəndinin “Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istfadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması”nın icrası ilə əlaqədar olaraq, Gəncə şəhərində bu istiqamətdə işlər aparılıb. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla keçirilən qəbullara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional bölməsinin mütəxəssisləri cəlb olunmuş və Aparatın əməkdaşları ilə birgə vətəndaşlar qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istfadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı məlumatlandırılmışdır. Həmçinin, sakinlərə sözügedən mövzu ilə bağlı müvafiq bukletlər paylanılıb.

Qeyd edək ki, bu kimi tədbirlər davamlı şəkildə həyata keçiriləcəkdir.

Keçidlər