Gəncədə qış mövsümünə hazırlıqla bağlı toplantı keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətində 2026-2027-ci illərin qış mövsümünə hazırlıq işlərinin vəziyyəti ilə bağlı toplantı keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun iştirakı ilə keçirilən toplantıda şəhərin kommunal təsərrüfatının, istilik, elektrik enerjisi, qaz və su təchizatı sistemlərinin fasiləsiz fəaliyyətinin təmin olunması, eləcə də mövsümə hazırlıq çərçivəsində görülən işlər müzakirə edilib.
Aidiyyəti qurumların rəhbərlərinin məlumatları dinlənildikdən sonra qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Niyazi Bayramov qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması, kommunal xidmətlərin dayanıqlılığının təmin edilməsi və yarana biləcək problemlərin operativ həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.






