Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə qurumuş və qəzalı vəziyyətdə olan ağaclarla bağlı ilk pilot layihə həyata keçirilir

15 avqust 2025 | 16:30

Gəncə şəhərində qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildə nömrələnməsi və nişanlanması üzrə ilk pilot layihəyə start verilib. Layihə Rəqəmsal Ekologiya İnformasiya Sistemi (REİS) çərçivəsində həyata keçirilir və bu sahədə ilk dəfə Gəncədə tətbiq olunur.

Ağaclara yerləşdirilən xüsusi nişanlarda QR kodlar mövcuddur. Həmin kodlar vasitəsilə hər bir ağac haqqında məlumat www.agac.az saytında ictimaiyyətə açıq şəkildə təqdim olunur. Məqsəd yaşıllıqların qorunması, şəhərin ekoloji tarazlığının bərpası və payız mövsümündə yeni ağacların əkilməsini təmin etməkdir.

Bu mexanizm həm şəffaflığı, həm də ictimai nəzarəti gücləndirir. Nəticədə, Gəncə ilə yanaşı, ölkənin digər şəhərlərində də ağacların mühafizəsi sahəsində yeni imkanlar yaranacaq. Layihənin gələcəkdə digər bölgələrdə də tətbiqi planlaşdırılır.

 

Keçidlər