Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Ulu Öndərin abidəsi ziyarət olunub

06 dekabr 2023 | 12:37

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Bu münasibətlə “Aztelekom” MMC-nin Qərb Regional Filialının əməkdaşları Gəncədə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Gülqoyma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və “Aztelekom” MMC-nin Qərb Regional Filialının müdiri Gündüz Abışov iştirak ediblər. Mərasim iştirakçıları Ulu Öndərin şəhərin Mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzüb, ruhuna hörmət və ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, rabitə informasiya texnologiyaları sahəsinin işçiləri üçün böyük önəm kəsb edən bu peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncama uyğun olaraq qeyd olunur.

Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Onlara bu fəaliyyətlərində uğurlar arzulayırıq!

Keçidlər