Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Ramazan ayının başlanması ilə bağlı maarifləndirici tədbirlər keçirilib

20 fevral 2026 | 11:28

Gəncə şəhərində “Ramazan ayı: İslamın iftar mədəniyyəti və həmrəylik ruhu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin qazıları Hacı Tahir Abbasov,  Anar Orucov, Gəncə Şəhər İcra Haimiyyəti başçısı Aparatının məsul əməkdaşı, bələdiyyə sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Ramazan ayının bütün müsəlman dünyasında birlik, bərabərlik ayı olduğu qeyd edilib. Dini həmrəyliyin bu ayda da qorunub saxlanılması üçün din xadimlərinin və dini icmaların üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Keçidlər