Gəncədə "Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" keçirilib
Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə "Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" baş tutub.
Forumda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Kapital Bank-ın Gəncə filialının rəhbəri Vüqar Paşayev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, Asiya İnkişaf Bankının Azərbaycanda ölkə üzrə direktoru Sunniya Durrani-Jamal, Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatala Filialının direktoru Raqif Qasımov və ADAU-nun müəllim, tələbə heyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzin önündə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Mərkəzin foyesində tələbələrin hazırladığı startaplar qonaqlara nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Adil Tağıyev çıxışında tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, forumun gedişatına uğurlar arzulayıb.
Zəfər Qurbanov bildirib ki, forumun keçirilməsində əsas məqsəd regionda startapların və innovativ sahibkarlıq potensialının inkişaf etdirilməsidir.
Çıxış edənlər natiqlər bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.
Daha sonra "Universitetlərin innovasiya ekosistemində rolu" və "Müasir sahibkarlıqda innovasiyaların rolu" mövzusunda iki panel müzakirə təşkil olunub.
Sonda qonaqlar Aqrar Universitetinin müasir laboratoriyaları, tələbə parkı, tələbə evləri, maşın traktor parkı, açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, vivarium və istixana komplekslərində maddi-texniki baza ilə yaxından tanış olublar.