Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin hazırlıq mərhələsinin yekunlarına həsr olunmuş görüş keçirilib

07 noyabr 2026 | 16:57

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi tərəfdaşlığı ilə REGİONAL EXPO GƏNCƏ 2026 – Sahibkarların Təqdimatı Sərgisinin hazırlıq mərhələsinin yekunlarına həsr olunmuş görüş keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Zəfər Qurbanov, TECHERA şirkətinin təsisçisi Tariyel Dövlətov və digər qonaqlar iştirak ediblər.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin moderatoru Ramil İsmayılov açılış nitqi ilə çıxış edərək görüşün məqsədi, REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin konsepsiyası və regional sahibkarlığın inkişafı baxımından əhəmiyyəti barədə məlumat verib.

Daha sonra çıxış edən rəsmilər regional iqtisadi inkişafın dəstəklənməsi, sahibkarlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, universitet-sənaye əlaqələrinin gücləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılmasında bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində “TECHERA” şirkətinin təsisçisi Tariyel Dövlətov REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin geniş təqdimatını keçirib. Təqdimatda sərginin konsepsiyası, məqsədləri, təşkilati strukturu, iştirak imkanları və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Ardınca interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi baş tutub.

Qeyd edək ki, 20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçiriləcək REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin təşkilatçıları TECHERA və GBARU şirkətləridir. Sərgi Azərbaycanın qərb regionunda sahibkarlığın inkişafına, yerli müəssisələrin tanıdılmasına və biznes əlaqələrinin genişləndirilməsinə töhfə verəcək mühüm iqtisadi platforma kimi nəzərdə tutulub.

 

Keçidlər