Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Regionlarda əmək bazarı və gələcəyin bacarıqları: Peşə təhsili–sənaye tərəfdaşlığı” mövzusunda dəyirmi masa keçirilib

30 oktyabr 2026 | 11:42

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Agentliyin əməkdaşı Nigar İsmayılzadə-Əsgərova eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin sahibkarlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Çıxışlarda regional əmək bazarının mövcud vəziyyəti, gələcək dövr üçün kadr tələbatı, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin istehsalat təcrübəsinə cəlb olunması və əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanması məsələlərinə toxunulub.

Dəyirmi masa çərçivəsində, həmçinin peşə təhsili müəssisələri ilə sənaye və digər istehsal sahələri arasında davamlı əməkdaşlıq mexanizmlərinin yaradılması, tərəfdaşlıq platformasının formalaşdırılması və regionlarda məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Qeyd olunub ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində rəqabətli insan kapitalının formalaşdırılması, yüksək ixtisaslı kadrların hazırlanması, innovasiyaların tətbiqi və təhsil sistemi ilə istehsalat sahələri arasında inteqrasiyanın gücləndirilməsi mühüm prioritetlərdəndir. Bu baxımdan, peşə təhsili müəssisələrinin müasir standartlara uyğunlaşdırılması, yeni ixtisasların əmək bazarının real tələbatı əsasında müəyyənləşdirilməsi və işəgötürənlərlə birbaşa əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır.

 

Keçidlər