Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirilib

04 dekabr 2024 | 17:58

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir təşkil edib. Tədbirdə sağlam həyat tərzinin təbliği və narkomaniya ilə mübarizə mövzularına dair çıxışlar dinlənilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin nümayəndələri, GDU-nun müəllim və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən və onun insan sağlamlığına vurduğu ağır zərərlərdən danışıb. O, gənclərin sağlam həyat tərzini seçməsinin vacibliyini və milli-mənəvi dəyərlərə bağlılığın bu istiqamətdə mühüm rol oynadığını qeyd edib. O, sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizənin önəmli rolundan danışıb və respublika miqyasında bu istiqamətdə ciddi və kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Gəncə ŞBX-nin direktor müavini Yalçın Babayev narkotik vasitələrdən istifadənin insan həyatı üçün təhlükəsindən bəhs edib. Gənclərin bu istiqamətdə mütəmadi maarifləndirilməsinin vacibliyini bildirib. O, tələbələrə pis vərdişlərdən uzaq olmağı, onlara elm öyrənməyi, idmanla məşğul olmağı və digər faydalı işlərə maraq göstərməyi tövsiyə edib.

Abbas Səhhət adına xəstəxananın şöbə müdiri, həkim-terapevt Aysel Əliyeva müasir dövrdə gənclərin zərərli vərdişlərdən qorunmasının olduqca vacib olduğunu bildirib. Tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas komponentlərindən danışıb, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Gəncə şəhər Narkoloji Dispanserin əməkdaşı Nurlana Rəhimova çıxışında narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışaraq, şəxsiyyətin formalaşması üçün cəmiyyətin nə qədər önəmli faktor olduğunu və bu sahədə ictimai maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda gənclərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

 

Keçidlər