Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Sağlam həyat tərzinin təşviqi” layihəsinin açiliş tədbiri keçirilib

03 sentyabr 2026 | 15:21

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji Renesans” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi” layihəsinin açılış tədbiri keçirilib.

YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, ali və ümumtəhsil müəssisələrinin, QHT-lərin, mütəxəssislərin, gənclərin və könüllülərin nümayəndələri iştirak ediblər.

“Ekoloji Renesans” İctimai Birliyinin sədri və layihə rəhbəri Leyla Məmmədova çıxış edərək sağlam həyat tərzinin təşviqinin ətraf mühitin qorunması, iqlim dəyişmələri, su ehtiyatlarının və biomüxtəlifliyin mühafizəsi ilə sıx bağlı olduğunu bildirib və bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən qonaqlar ekoloji maarifləndirmənin, gənclərin ekoloji təşəbbüslərə və könüllülük fəaliyyətinə cəlb olunmasının əhəmiyyətindən danışıblar. Layihənin təlimçisi Vüsal Musayev layihənin məqsədləri və qarşıda duran fəaliyyətlər barədə məlumat verib.

Daha sonra sağlam həyat tərzi, ekoloji məsuliyyət, yaşıllıqların artırılması, su və enerji resurslarından səmərəli istifadə, eləcə də gənclərin ekoloji təşəbbüslərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində 3 ali təhsil müəssisəsi və 3 ümumtəhsil məktəbində 6 maarifləndirici təlimin keçirilməsi, 100 ağacın əkilməsi və 250 nəfərin iştirakı ilə Yaşıllıq Forumunun təşkili nəzərdə tutulur. Forumda layihənin nəticələri, Gəncənin aktual ekoloji məsələləri və gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək.

 

Keçidlər