Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə sahibsiz küçə heyvanları üçün sığınacaq istifadəyə verilib

24 avqust 2023 | 11:16

Gəncə Şəhər İcra Hakimiyyətinin, Kəpəz Bələdiyyəsinin dəstəyi və  Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə sahibsiz küçə heyvanları üçün inşa edilən sığınacaq istifadəyə verilib. “Yuva” adı ilə fəaliyyətə başlayan sığınacağın tikinti işləri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən həyata keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sözügedən sığınacağa baxış keçirib, burada yaradılan şəraitlə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi nəzərdə tutulub. Onların qidalandırılanması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.

Niyazi Bayramov görülən işlərlə yerində tanış olub, tapşırıq və tövsiyələrini verib, o cümlədən sığınacağın işlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, sığınacaq Gəncə-Samux yolu, Atabəylər prospektində yerləşir. Burada 1 baytar, 2 əməkdaş, bir neçə nəfər isə könüllü çalışacaq.

 

Keçidlər