Gəncədə şəhərin Mülki müdafiə hazırlığı sahəsində ilin yekunlarına və qarşıda duran vəzifələrə dair toplantı keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin dəstəyi ilə ADAU-nun baş binasında “Gəncə şəhərinin Mülki müdafiə hazırlığı sahəsində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irisnin qorunması şöbəsinin müdiri, Mülki müdafiə işinin aparıcısı Yadigar Bədəlov, FHN Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə rəisləri polkovnik-leytenant Bəhayi Nəsirov, mayor Fuad Muradov, o cümlədən şəhər ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların Mülki müdafiə işinə məsul şəxslər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq keçirilən tədbirdə, Yadigar Bədəlov çıxış edərək 2024-cü il ərzində Mülki müdafiə işinin təşkili və vəziyyəti barədə, həmçinin 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib.
Tədbirə FHN Gəncə Regional Mərkəzinin əməkdaşları Mülki müdafiə hazırlığı sahəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində müvafiq təkliflərlə çıxış ediblər.
Toplantıda qarşıya qoyulan məqsədə nail olunduğu və Gəncə şəhərinin 2024-cü il üçün Mülki müdafiə tədbirləri planına müvafiq olaraq planlaşdırılan tədbirlərin yerinə yetirildiyi də vurğulanıb.