Gəncədə şəhid Asiman İmamverdiyevin il mərasimi keçirilib
Bu gün 2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan Vətən müharibəsi iştrirakçısı Asiman İmamverdiyevin il mərasimidir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, İmamverdiyev Asiman Mehman oğlu 02 avqust 1988-ci ildə Gəncə şəhərində anadan olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə o, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.