Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə şəhid övladları üçün “Yay Məktəbi” təşkil olunub

22 iyul 2024 | 16:27

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə Regional filialının tərəfdaşlığı ilə “Yay Məktəbi” təşkil olunub.

Dörd gün davam edən “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

“Yay məktəbi”nin ilk günündə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın bizlərə yadigar qalmış övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Niyazi Bayramov və YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla birlikdə Şəhidlər Xiyabanına gələrək burda uyuyan qəhraman Vətən övladlarının məzarlarına gül dəstələri düzüblər.

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Yay məktəbi”nin uşaqları ilə tez-tez görüşüb və milli-mənəvi dəyərlər, vətənpərvərlik mövzularında söbətlər edib. Bayram Aslanov bildirib ki, vətəndaşlıq borcunu dərindən dərk edənlər, bu borcu ürəklərində əbədi bir amal kimi yaşadanlar həmişə həyat mübarizəsindən şərəflə çıxır, əməlləri ilə ürəklərdə yaşayır, ölümlərindən sonra da ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Sizin atalarınz kimi. Onların ömür yolu hər kəsə örnəkdir.

Uşaqların suallarına çavab verən Bayram Aslanov onu da vurğulayıb ki, böyüdükcə, yaşa dolduqca atanızın Vətən üçün kim olduğunu daha dərindən dərk edəcək, “Sən şəhid övladısan!” sözlərindən daha çox qürur duyacaqsız.

İyulun 17-dən start götürən “Yay məktəbi”nin iştirakçıları hər gün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimlərdə iştirak ediblər. Həmçinin uşaqların vaxtının səmərəli keçirilnəsi üçün müxtəlif əyləncəli oyunlar keçirilib, YAP Gəncə şəhər təşkilatının əməkdaşları ilə birlikdə çizgi filmlərini izləyiblər.

Heydər Əliyev Mərkəzində olub, dahi şəxsiyyətin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad edən şəhidlərin bizlərə əmanəti olan övladları Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotolar, şəxsi əşyalar haqqında ətraflı məlumat alıblar, dahi şəxsiyyətin təkrarsiz ömür yolundan bəhs edən filmə tamaşa ediblər.

“Yay məktəbi”nin iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi və Muzeyində, Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilən Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzey Kompleksində, Azərbaycan Xalq Cumhuriyyəti Muzeyində, dünyaca məhşur “Butulkalı ev”də olub, Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar. Göllər tacı, möcüzələr diyarı Göygölə və təbiətin dilbər güşəsi Hacıkəndə ekskursiya uşaqlarda böyük maraq yaradıb.

Qeyd edək ki, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə Regional filialı, Göygöl Dövlət Təbiət Qoruğu “Yay məktəbi”nin həyata keçməsində yaxından iştirak edib.

 

Keçidlər