Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə su ehtiyatlarından səmərəli istifadənin təmin olunması və alternativ su mənbələrinin yaradılması ilə bağlı görüş keçirilib

14 may 2024 | 13:06

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Gəncədə “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, su ehtiyyatlarından səmərəli istifadə, alternativ su mənbələrinin yaradılması günümüzün aktual məsələlərindən biridir. Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının rəhbərliyi ilə son illərdə bununla bağlı ciddi layihələr reallaşdırılmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məsələsi Gəncə şəhərində də diqqətdə saxlanılır.

Qeyd olunub ki, Gəncə şəhərinin su mənbələri göl, çay və yeraltı su mənbələrindən ibarətdir. Hazırda Gəncədə içməli su və çirkab su şəbəkələrinin yenidən qurulması işləri həyata keçirilir. Bununla yanaşı, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədi ilə şəhər sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.

Tədbirin sonunda Gəncə şəhərində alternativ su mənbələrinin yaradılmasının vacibliyi vurğulanıb, bununla bağlı bir sıra təkliflər səsləndirilərək, müzakirələr aparılıb.

 

 

Keçidlər