Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib

13 oktyabr 2023 | 14:09

Gəncədə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, o cümlədən şəhərdə fəaliyyət göstərən universitetlərin nümayəndələri iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilib. Bu gün Ümummilli Lider Heydər Əliyevin layiqli davamçışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirməkədir.

Fuad Əliyev çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Bayram Aslanov qeyd edib ki, Ulu Öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürərək vacib addımlar atıb.

Professor İbrahim Cəfərov, Əməkdar həkim Mehman Rzayev və ADAU-nun İctimai fənlər kafedrasının müdiri, professor Azad Bayramov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinin əvəzsiz olduğunu qeyd ediblər. Onun şərəfli ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir. Müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. 

Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

 

Keçidlər