Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə təsərrüfatbaşına uçot kitablarının dürüstləşdirilməsi və qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı iclas keçirilib

07 noyabr 2023 | 15:03

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sədrliyi ilə keçirilən iclasda Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın üzvləri, o cümlədən sahə inzibati ərazi və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.

Toplantıda şəhərdə olan bir sıra problemlərin aradan qaldırılmasına, təsərrüfatbaşına uçot kitablarının dürüstləşdirilməsinə, həmçinin qanunsuz tikintilərin qarşısının alınmasına dair müzakirələr aparılıb. Bildirilib ki, hazırda sözügedən məsələlərlə bağlı işlər mütəmadi şəkildə davam etdirilir, mövcud problemlərin təhlili və həlli istiqamətində işlər həyata keçirilir.

Niyazi Bayramov uçot formaları hazırlanarkən göstəricilərin düzgün və dəqiq olmasına, eyni zamanda qanunsuz tikintilərin qarşının alınması ilə bağlı tədbirlərin gücləndirilməsinə dair aidiyyəti üzrə tapşırıqlar verib.

Keçidlər