Gəncədə təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib
26 dekabr 2024 | 12:05
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 26 dekabr 2024-cü il tarixində Azərbaycanda matəm elan olunub.
Bugün saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin, şəhər ərazisində olan dövlət bayraqları yarıya qədər endirilib.