Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir

26 oktyabr 2023 | 18:58

2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 ili tamam olur. Bununla əlaqədar olaraq şəhərdə silsilə tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 28 nömrəli tam orta məktəbin həyətində ağacəkmə aksiyası gerçəkləşib.
Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, müəllim və şagird kollektivi iştirak ediblər. Ağacəkmə aksiyasında Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 100 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyadan sonra məktəbin kollektivi tərəfindən tədbirin bədii hissəsi keçirilib. Əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib. Daha sonra hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin tarixi barədə çıxışlar dinlənilib. Məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri müxtəlif kompozisiyalarla çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər