Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd olunub

29 oktyabr 2022 | 13:48
 
Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin elan olunmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbir Türkiyə Cümhuriyyətinin qurulması, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 99-cu ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub. Baş konsul öz çıxışında türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin bugünkü inkişaf və tərəqqisindən danışıb, Azərbaycan və Türkiyə arasında olan tarixi dostluq, qardaşlıq münasibətlərindən söz açıb. O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında olan birliyin hədəfində sülh, sabitlik, təhlükəsizlik və rifah dayanır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş türk xalqını təbrik edib, qardaş ölkəyə davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb. Niyazi Bayramov qeyd edib ki, ötən dövr ərzində Türkiyə böyük və şərəfli yüksəliş yolu keçib. Bu gün Türkiyə dünyanın siyasi xəritəsində mühüm yer tutur. Ölkələrimiz arasındakı əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətləri əsasında günü-gündən daha da inkişaf edir.
Tədbirdə çıxış edənlər Türkiyə Cümhuriyyətinin son illərdə keçdiyi inkişaf yolundan, Azərbaycanın Vətən Müharibəsi zamanı apardığı haqlı mübarizəyə Türkiyənin göstərdiyi qardaşlıq dəstəyindən danışıblar. Qeyd olunub ki, qardaş Türkiyə öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya və iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir.
Türkiyə Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda konsert proqramı və ziyafət təşkil olunub.
Keçidlər