Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Türkiyənin Respublika Günü qeyd edilib

29 oktyabr 2024 | 19:00

29 Oktyabrda Türkiyənin Gəncədəki Baş konsulluğunun təşkilatçılığı ilə Türkiyə Respublikasının elan edilməsinin 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, təşkilat rəhbərləri və digər rəsmilər iştirak ediblər.

Əvvəlcə istiqlal uğrunda canında keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 101-ci ildönümü münasibətilə təbriki izlənilib.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop çıxış edərək Cümhuriyyətin tarixindən, 101 illik müddətdə Türkiyə Respublikasının keçdiyi inkişaf yolundan və Türkiyə-Azərbaycan münasibətlərindən danışıb. O, Türkiyə Cumhuriyyətinin bundan sonra da inkişaf edəcəyinə, habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığının əbədi olaraq yaşayacağına əminliyini ifadə edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri günü-gündən daha səmərəli, faydalı və məqsədyönlü şəkildə inkişaf edərək, möhkəmlənir. Şəhər rəhbəri Cümhuriyyət elan edilməsinin 101-ci ildönümü münasibətilə Baş konsul və onun timsalında qardaş Türkiyə xalqını təbrik edib, sülh, əminanalıq və firavanlıq arzulayıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul edilib.

Keçidlər