Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

05 oktyabr 2023 | 16:11

YAP Gəncə şəhər təşkilatı tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş növbəti tədbir təşkil olunub.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyev, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbrələri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə rəsmilər Şəhidlər Xiyabanını ziyarət edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələrini anıblar.

Daha sonra  Mərkəzin qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bayram Aslanov vurğulayıb ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizin tarixinə sosial-iqtisadi yüksəliş mərhələləri kimi daxil olub. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində böhran həddində olan ölkəmiz dahi şəxsiyyətin iti zəkası, fədakar əməyi, böyük zəhməti sayəsində tərəqqiyə doğru inamla addımlayıb.

Niyazi Bayramov qeyd edib ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı hər bir azərbaycanlı üçün məktəbdir. Dahi şəxsiyyət Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib.

Musa Quliyev bildirib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir heykəl ucaldıb.

Pərvin Kərimzadə diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Bu gün Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini Prezident İlham Əliyev uğurla davam etdirir.

Naqif Həmzəyev vurğuiayıb ki, müdrik dövlət xadimi, görkəmli siyasətçi, Ulu Öndər Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizi zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail oldu. Dahi şəxsiyyət Azərbaycanı bütün dünyaya humanist dövlət kimi tanıtmağı bacardı.

Müşfiq Cəfərov söyləyib ki, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib. Bu gün Ümummilli Liderin və bütün şəhidlərin ruhu şaddır, çünki müqəddəs missiya yerinə yetirildi.

Partiya veteranı Mobil İmanov, Gəncə Dövlət Universitetinin dosenti Nərgiz Rəsulova, gənc fəallardan Cəvahir Şabanova çıxışlarında qeyd ediblər ki, ömrünün hər anı ilə ölkəmizin siyasi təqvimində özünəməxsus yeri olan dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi tarixi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı beynəlxalq arenada böyük nüfuza və söz sahibinə çevirdi.

Sonra Gəncənin ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər