Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr edilmiş "III Əzm Marafonu" keçirilib

10 may 2025 | 14:45

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Azərbaycan Texnologiya Universitetinin  birgə təşkilatçılığı, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Gənclər Evinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr edilmiş "III Əzm Marafonu" gerçəkləşib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edib, marafonun artıq üçüncü ildir ki, keçirildiyini və ənənəvi olaraq hər il təşkil ediləcəyini qeyd edib. YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxış edərək yarışçılara uğurlar arzu edib.

Marafon Gənclər Evinin önündən start götürüb, finiş xətti Zəfər Tağında yerləşib. 300 nəfərin qatıldığı yarışda birinci, ikinci və üçüncü yerləri tutan qaliblər qadın və kişi kateqoriyaları üzrə mükafatlandırılıblar.

 

Keçidlər