Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

11 may 2024 | 14:21

AMEA-nın Gəncə bölməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan dəyirmi masa keçirilib.  “Müstəqil dövlətimizin qurucusu” mövzusunda  keçirilən dəyirmi masa Gəncə şəhər İcra Hakimiyyətinin və  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin  təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.

Giriş sözü ilə çıxış edən AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin formalaşdırılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. O, xüsusi olaraq vurğulayıb ki, respublikamızın ikinci böyük şəhəri olan Gəncənin sənayesi, mədəniyyəti, təhsili, səhiyyəsi və digər vacib sahələrinin inkişafının təmin edilməsi məhz Ulu Öndərin strateji düşüncə və əməlinin nəticəsidir.

 Daha sonra “Azərbaycan nizamişünaslığının inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev müasir tariximizi yaradan dahi şəxsiyyətdir”, “Heydər Əliyevin elm və təhsilə göstərdiyi qayğı” və digər mövzularda dəyirmi masa iştirakçılarının məruzələri dinlənilib.

 

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov bildirib ki, bu gün xalqımız onu ağır sınaqlardan müdrikliklə çıxarmış Ulu Öndər Heydər Əliyevi minnətdarlıqla yad edir. O bildirib ki, həyatının məqsədi Azərbaycanın müstəqilliyi, xalqımızın xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib. Ölkə həyatının ən çətin, mürəkkəb məqamlarında dahi lider özünün xilaskarlıq missiyası ilə xalqının köməyinə çatıb.

Sonra İnstitutun alimləri Heydər Əliyevin liderlik missiyasından, dünyaşöhrətli siyasətçinin zəngin siyasi, dövlətçilik və mənəvi irsindən bəhs ediblər. Natiqlər onu da qeyd ediblər ki, bu gün Ulu Öndərin Azərbaycan xalqı üçün ən böyük yadigarı onu işıqlı gələcəyə aparan Prezident İlham Əliyevdir. Ulu Öndərin Azərbaycanın gələcəyini əmanət etdiyi müasir gənclik isə daim bu əbədi irsi öyrənərək gələcək yollarını sağlam təməllər üzərində qurmağı bacarmalıdır.

 

 

Keçidlər