Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə konfrans keçirilib.

11 may 2022 | 08:22

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılı, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq "Ulu Öndərin Gəncədəki izləri" adlı konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Zeki Öztürk, Nikolos İaşvili, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar və ictimaiyyət  nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.   Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində yerləşən Ulu Öndərin adını daşıyan muzeyə baxış keçiriblər.

Rəsmi hissə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

"Ulu Öndərin Gəncədəki izləri" adlı konfransda Heydər Əliyevlə  bilavasitə təmasda olan  bir qrup ziyalılar onunla bağlı olan xatirələrini bölüşüblər.  

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında bildirib ki, xalqımızın bütövlüyü naminə hələ Sovetlər dönəmində böyük tarixi mərhələləri adlayaraq bu günkü qələbəmizin təməlini qoymuş bu görkəmli şəxsiyyəti hər birimiz fəxarət hissi ilə yad edirik.  Ulu Öndərlə Gəncədə üç dəfə görüşdüyünü bildirən akademik, hər görüşdə böyük fəxr hissi yaşadığını qeyd edib. Çıxışının sonunda Fuad Əliyev Ulu Öndərin Gəncə ilə bağlı gördüyü mühüm işləri monoqrafiya halında nəşr olunacağını diqqətə çatdıraraq, dahi şəxsiyyətin 100 illik yubileyinə töhfə veriləcəyini vurğulayıb.

Xalq artisti Şahnaz Haşımova çıxışında Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan, Gəncə şəhərində olarkən dahi şəxsiyyətlə olan

görüşlərindən bəhs edib. O qeyd edib ki, Heydər Əliyevin hər gəlişi, hər tarixi səfəri Gəncə üçün yeni ruh, yeni həyat gətirirdi. Ümummilli liderin xeyir-duası ilə sənətdə ilk addımlarını atdığını bildirən xalq artsiti, dahi şəxsiyyətin qəlblərdə daim yaşayacağını vurğulayıb.

Konfransda çıxış edən GDU-nun prorektoru, dosent Gülsüm Fətəliyeva, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Əməkdar jurnalist Əhməd Qədiroğlu, heykəltaraş Şərif Şərifov ulu öndər Heydər Əliyevlə bağlı görüşlərindən olan xatirələrdən bəhs ediblər.

Tədbirdə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq dahi şəxsiyyətin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Tədbirin davamı olaraq Heydər Əliyev Mərkəzinin akt zalında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov təşkilatın veteran üzvləri ilə dəyirmi masa arxasında görüş keçirib. Görüşdə çıxış edən Niyazi Bayramov  ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən, bununla yanaşı onun  layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən bəhs edib.

Dəyirmi masada çıxışlar zamanı Ulu Öndərin xalqımızın rifahı naminə göstərdiyi tarixi xidmətlər bir daha diqqətə çatdırılıb, Ümummilli liderin irsinin hərtərəfli tədqiqinin gələcək nəsillər üçün böyük miras olduğu vurğulanıb.  

Keçidlər