Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsinə 100 ədəd çinar ağacı əkilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı ilə müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul əməkdaşları, Kəpəz Bələdiyyəsinin sədri, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nizami Gəncəvi Məqbərəsinin ətrafında keçirilən ağacəkmə aksiyası zamanı 100 ədəd Xan çinarı əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.