Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ulu öndər Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib

12 dekabr 2022 | 19:27
Bu gün ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 19 il ötür. 

Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Müşfiq Cəfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları ulu öndər Heydər Əliyevin şəhər mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Rəsmilər ümummilli liderin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. 

Heydər Əliyevin Gəncənin Baş meydanındakı abidəsi gün ərzində şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər sakinləri tərəfindən ziyarət olunur. 

Qeyd edək ki, burada quraşdırılan böyük monitorda dünya şöhrətli siyasətçinin həyatından bəhs edən film və videoçarxlar nümayiş etdirilir.
Keçidlər