Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “İmamzadə” ziyarədgah dini kompleksində tədbir təşkil olunub

11 may 2023 | 15:26

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin və “İmamzadə” ziyarətgah dini icmasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İmamzadə” ziyarətgah dini kompleksində tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, millət vəkilləri, YAP Gəncə şəhər təşkilatının sədr müavini, DQDİK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri, Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi, Gəncə Yəhudi Dini İcmasının sədri,  Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri,ziyalılar, müharibə iştirakçıları və şəhid ailələri iştirak ediblər.

Niyazi Bayramov çıxışında Ulu Öndər Heydər Əliyevin ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasında, çoxəsrlik adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və tolerantlıq ənələrinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb. O qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində Azərbaycanda dövlət-din münasibətləri inkişaf edib, ölkədə etiqad azadlığı yaranıb, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilir.

Tədbirdə çıxış edən natiqlər müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs ediblər.

Daha sonra Ulu Öndərin ruhuna dualar oxunub, əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil edilib.

Keçidlər