Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Ümumdünya Mülki Müdafiə Günü" qeyd edilib

28 fevral 2025 | 17:55

Gəncə Şəhər İcra Hakimiyyətinin 2025-ci il üçün  Mülki müdafiə planına əsasən illik Tədbirlər Planına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Nümunəvi olaraq AMEA Gəncə Bölməsində “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir təşkil olunub. Tədbirdə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, Mülki müdafiə işinin aparıcısı Yadigar Bədəlov, FHN Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin, FHN-nin Gəncə Regional Mərkəzinin və AMEA Gəncə Bölməsinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər. Ölkəmizidə mülki müdafiə sahəsində görülən işlərdən ətraflı bəhs edilib, bu sahədə qarşıda duran prioritetlərdən danışılıb. FHN əməkdaşları tələbələr qarşısında insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlarla çıxış ediblər.

Tədbirin davamı olaraq, FHN-nin balansında olan texnika və avadanlıqların nümayişi olunub. Sərgidə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, FHN Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən şəhər ictimaiyyəti iştirak ediblər.

Sərgidə texnika və avadanlıqlar haqqında geniş məlumat verilib.

Xatırladaq ki,  Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub. 

 

Keçidlər