Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Uşaq Səfirlər Məclisi”nin şəhər üzrə region nümayəndələri və onlara dəstək üçün seçilən fəal şagirdlərə sertifikatlar təqdim olunub

04 sentyabr 2024 | 11:39

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Uşaq Səfirlər Məclisinin regional nümayəndələri və fəalları üçün “Uşaqdan-uşağa” layihəsi keçirilib. Layihədə “Uşaq Səfirlər Məclisi”nin Gəncə şəhəri üzrə region nümayəndələri, o cümlədən onlara dəstək üçün seçilən fəal şagirdlər də iştirak ediblər. Bununla əlaqədar olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tərəfindən layihə iştirakçıları sertifikatlarla təltif olunublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında gənclərə sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Aparatın və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından “Uşaq Səfirlər Məclisi”nin Gəncə şəhəri üzrə region nümayəndələrinə və onlara dəstək üçün seçilən fəal şagirdlərə uğurlar arzulayaraq, sertifikatları təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər