Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində görülən tədbirlər müzakirə olunub

11 oktyabr 2024 | 17:41

Gəncədə SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası tərəfindən, Avropa Birliyinin və UNİCEF Azərbaycan Ofisinin dəstəyi ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün sosial icma əsaslı xidmətlərin göstərilməsi” layihəsinin dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət ictimai koordinasiya qrupunun növbəti toplantısı keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının, Sosial Xidmətlər Agentliyinin,  BPİ YYÇ işinin təşkili bölməsinin, Gəncə regional ədliyyə idarəsinin, Ombudsman Gəncə Regional Mərkəzinin, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin,  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, icra və probasiya idarəsinin, o cümlədən digər dövlət qurumlarının üzvləri iştirak ediblər.

Qeyd olunub ki, layihədən 328 nəfər yetkinlik yaşına çatmayan uşaq və yeniyetmələr yararlanıb. Həmin şəxslərə hüquqi, psixoloji və sosial xidmətlər göstərilib, həmçinin maarifləndirmə tədbirləri həyata keçirilib.  

Xatırladaq ki, layihənin məqsədi icma əsaslı sosial xidmətlər vasitəsilə gender əsaslı zorakılıq da daxil olmaqla, zorakılığa məruz qalan və çətin həyat şəraitində olan uşaqların fiziki, psixoloji, emosional sağlamlığını və rifahını gücləndirməkdir. Eləcə də müxtəlif növ zorakılığa məruz qalan uşaq və yeniyetmələrə sosial psixoloji, hüquqi xidmətlərin göstərilməsi nəzərdə tutulub.  

Keçidlər