Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün sosail icma əsaslı xidmətlərin göstərilməsi” layihəsinin illik yekununa dair tədbir keçirilib

21 may 2024 | 16:37

Gəncədə SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası tərəfindən, Avropa Birliyinin və UNİCEF Azərbaycan Ofisinin dəstəyi ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün sosial icma əsaslı xidmətlərin göstərilməsi” layihəsinin illik yekununa həsr edilən tədbir təşkil olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının, Sosial Xidmətlər Agentliyinin,  BPİ YYÇ işinin təşkili bölməsinin, Gəncə regional ədliyyə idarəsinin, Ombudsman Gəncə Regional Mərkəzinin, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin,  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, icra və probasiya idarəsinin, o cümlədən digər dövlət qurumlarının üzvləri iştirak ediblər.

Qeyd olunub ki, il ərzində layihədən 224 nəfər yekinlik yaşına çatmayan şəxslər yararlanıb. Belə ki, sözügedən şəxslərlə və onların valideynləri ilə  hüquqi, psixoloji, o cümlədən sosial işlər aparılıb, maarifləndirmə tədbirləri həyata keçirilib.

Toplantıda həmçinin, “Azərbaycanda Uşaq Müdafiəsi və Sosial Sistemlərin Gücləndirilməsi” layihəsi haqqında məlumat verilib. Bununla yanaşı, “Koordinasiya mexanizminin əhəmiyyəti və uğurlu keys”, “Psixoloji dəyərləndirmə mərhələsi, “Uşaq hüquqları”nın müdafiəsinin təmin olunmasında yaranan çətinliklər” mövzusunda çıxışlar olub, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün sosail icma əsaslı xidmətlərin göstərilməsi” layihəsi UNİCEF Azərbaycan Ofisinin Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Ədliyyə Nazirliyi ilə birgə hazırladığı Fəaliyyət planına daxil edilib.

Keçidlər