Gəncədə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusu ətrafında müzakirələr aparılıb
Gəncə Şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə uşaqların baxımsızlığına şərait yaradan hallar, onların aradan qaldırılması, insan alveri qurbanı olan uşaqlara yardımın təkmilləşdirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, uşaq problemlərinin həlli dövlətin əsas prioritetlərindən biridir və bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir.
Tədbirin davamında Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyətinə, BPİ YYÇ işinin təkili bölməsi tərəfindən çətin tərbiyə olunan, profilaktik qeydiyyatda olan uşaqlarla işə və yetkinlik yaşına çatmayanlarla işin təşkilinə, həmçinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təhsildən yayınmanın səbəblərinin araşdırılması və aradan qaldırılması sahəsində görülən işlərə dair məruzələr dinlənilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.