Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə vətəndaşlarla həftə ərzində görüşlər keçirilir

01 mart 2024 | 16:24

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təsdiq etdiyi qrafik üzrə icra başçısının müavinləri və şöbə müdirləri həftə ərzində vətəndaşlarla görüşlər keçirirlər.

Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilir, səsləndirdikləri məsələlərin bəziləri yerindəcə öz həllini tapır, digərləri isə nəzarətə götürülməklə müvafiq qurumlara yönləndirilir.

Xatırladaq ki, sakinlər Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, o cümlədən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Şəhər təsərrüfatı, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili, Şəhərin mədəni irsinin qorunması şöbələri üzrə qəbul günləri barədə məlumat əldə edə bilərlər.

 

Keçidlər