Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə WUF13 Festivalı keçirilib

08 may 2026 | 14:07

Heydər Əliyev Meydanında təşkil olunan WUF13 Festivalında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov, eləcə də şəhər sakinləri iştirak ediblər.
Festival çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunub. Tədbir zamanı dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə iştirakçılara ətraflı məlumat verilib.
Festival proqramı çərçivəsində tanınmış müğənni Aslan Nuri və Xalq artisti Miri Yusifin ifasında səslənən musiqilər şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirin əsas məqsədi ölkə ictimaiyyətinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası barədə məlumatlandırılmasıdır.
Festivala mayın 13-də Bakı şəhərində, Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında yekun vurulacaq.

Keçidlər