Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Xocalı faciəsinin qurbanlarının ruhuna dualar oxunub

26 fevral 2024 | 14:14

Bəşəriyyətin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Bununla əlaqədar olaraq, Gəncə şəhər “İmamzadə” Dini Ziyarətgah Kompleksində, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində, Yəhudi və Yeddinci günün adventisləri dini icmalarında anım mərasimləri təşkil olunub.

Mərasimlərdə tariximizin qan yaddaşı olan Xocalı soyqırımı barədə məlumat verilib, erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş vəhşiliklər pislənilib, insanlığa qarşı cinayət adlandırılıb.

Anım mərasimlərində Xocalı soyqırımı qurbanlarının, o cümlədən şəhidlərimizin əziz xatirəsi anılıb, ruhlarına dualar oxunub.

 

Keçidlər