Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində veloyürüş təşkil olunub

30 avqust 2024 | 18:34

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Kapital Bankın təşəbbüsü və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində növbəti dəfə veloyürüş keçirilib.

 “Yaşıl artım” və “sağlam həyat tərzi” şüarı ilə keçirilən yarış Heydər Əliyev Park-Xiyaban Kompleksindən “Zəfər Tağı”nın qarşısından start götürüb və Cavadxan küçəsində yerləşən Kapital Bankın Gəncə şəhər filialının önündə yekunlaşıb.

Mükafatlandırma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Kapital Bank Gəncə filialının direktoru Vüqar Paşayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  məsul əməkdaşları, Azərbaycan Velosiped Federasiyasının nümayəndələri, o cümlədən idmançılar iştirak ediblər.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov çıxışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkənin idman sahəsinə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib. Şəhər rəhbəri, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bucür tədbirlərin əhəmiyyətindən danışaraq, veloyürüşün qaliblərini təbrik edib.

Vüqar Paşayev bildirib ki, “Yaşıl dünya naminə həmrəyli ili” çərçivəsində sağlam ətraf mühitinin bərpasının təşviqinin əyani üsulu olan veloyürüşlərin davamlı şəkildə təşkili və keçirilməsi vacib vəzifələrdən biridir.

Çıxışlardan sonra veloyürüşün qalibləri mükafatlandırılıb və xatirə şəkli çəkdirilib.

Keçidlər