Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı müvafiq işlər görülür

30 mart 2024 | 14:06

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bununla əlaqədar olaraq Gəncədə il ərzində müxtəlif aksiyaların keçirilməsi nəzərdə tutulur ki, bunlardan biri də şəhərin müxtəlif ərazilərindəki yaşıllıq zolaqlarına, park və xiyabanlarına, yol kənarlarına dekorativ ağac və kollarının, eləcə də güllərin əkilməsidir.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində qurulan müasir istixanalarda yerli mütəxəssilər tərəfindən müxtəlif növ ağaclar, dekorativ kollar və gül-çiçəklər yetişdirilir. Toxumdan əldə olunan şitillər kök verəndən sonra torfla qarışıq münbit torpaqlı qablara əkilir, daha sonra isə şəhərimizin müxtəlif ərazilərinə köçürülür.

Cari ilin əvvəlindən başlayaraq, Gəncə şəhərinin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində yerləşən dairələrdə, Cavad xan küçəsində, Nizami Gəncəvi prospektindəki yaşıllıq zolaqlarında, Gəncəçay Park-Bulvar Komplesində, Heydər Əliyev Park-Xibayan Kompleksinin girişində, “Qala qapıları” Arxeologiya və Etnoqrafiya Müzeyinin qarşısında, Gəncə şəhərinin Heydər Əliyev adına Meydanında, “Xan bağı” istirahət parkında və digər ərazilərdə dekorativ ağac və kollarının, eləcə də güllərin əkilməsi həyata keçirilib.

Gəncə şəhərini al-əlvan rəngə boyayan, sakinlərin və şəhərimizin qonaqlarının əhvalına müsbət təsir göstərən bu tip aksiyalar bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər