Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Yaşıl gələcək naminə” adlı aksiya keçirilib

03 avqust 2024 | 12:15

Gəncədə yerləşən dini ibadət yerlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” adlı aksiya keçirilib. Aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və DQİDK-nin Gəncə şəhər bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə müxtəlif konfessiyalara mənsub dini icma üzvləri, din xadimləri və könüllü ictimaiyyət nümayəndələri iştirak ediblər. Gəncə şəhər Şah Abbas məscidinin, İmamzadə Dini Kompleksinin, A.Nevski adına Rus Pravoslav kilsəsinin, o cümlədən şəhərdə yerləşən digər məscid və ziyarətgahların  ətrafında  abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.

Keçidlər