Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə yaşıllıqları anomal istilərdən qorumaq üçün müvafiq tədbirlər həyata keçirilir

08 avqust 2025 | 15:40

Yay mövsümünün isti və quraqlı keçməsi nəzərə alınaraq Gəncədə mövcud yaşıllıqların vaxtı-vaxtında suvarılması nəzarətdə saxlanılır. Bu məqsədlə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin su çiləyici maşınları vasitəsilə, həmçinin əksər yerlərdə qurulan müasir damcı və çiləmə üsulu ilə hər gün suvarma işləri həyata keçirilir. Ümumilikdə şəhərin prospektlərində, küçələrində, yol kənarlarında, park və istirahət mərkəzlərində, xiyabanlarda mövcud və yeni salınan yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilir, suvarma işləri gücləndirilmiş qaydada aparılır. Görülən işlər anomal istilərin ağaclara, kollara, güllərə və qazona vura biləcək təsirləri minumuma endirmək məqsədi daşıyır.

Keçidlər