Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Yeni Azərbaycan Partiyasının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

21 noyabr 2024 | 19:32

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektoru Yaşar Ömərov, ərazi partiya təşkilat sədrləri, ziyalılar, partiya fəalları və gənclər iştirak edib.
Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
Bayram Aslanov tədbiri giriş sözü ilə açaraq, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın yarandığı vaxtdan qısa müddət ərzində ümumxalq partiyasına çevrildiyini bildirib. Bayram Aslanov qeyd edib ki, ümumxalq partiyasına çevrilən, 740 minə yaxın üzvü olan YAP 32 il ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə YAP böyük nailiyyətlərə imza atıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.
Adil Tağıyev çıxış edərək, bildirib ki, Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası 32 illik tarixində çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəlir. Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyini nümayiş etdirib.
Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Dövlət Universitetinin Gənclər Təşkilatının sədri Aysu Mustafayeva çıxışlarında Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğunu vurğulayıblar.
Sonra tədbirdə şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına “Təşəkkürnamə”, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

Keçidlər