Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə yeni hotel tikilir

10 iyul 2025 | 15:39

“Gəncə Qalası” Ticarət Kompleksinin nəzdində “International” oteli inşa olunur. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev sözügedən məkanı ziyarət edib, burada görülən işlərlə yerində tanış olub.

Məlumat verilib ki, hotel 70 otaq, 200 çarpayı, eləcə də 1000 kvadratmetr sahəyə malik konfrans zalı və müasir yeməkxana ilə təchiz olunacaq.Tikinti işlərinin sentyabr ayında başa çatdırılması və otelin istifadəyə verilməsi nəzərdə tutulur. Burada 20 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

Qeyd edək ki, görülən işlər Gəncənin turizm və xidmət sektorunun inkişafına mühüm töhfə verməklə yanaşı, yeni iş yerlərinin yaradılmasına da şərait yaradır.

 

Keçidlər