Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə yeni hotelin açılışı olub

28 may 2023 | 16:39

28 May - Müstəqillik Günündə Gəncə şəhərində yeni inşa edilən "Leon Hotel, SPA və Restoran" kompleksi istifadəyə verilib. Kompleksin açılış mərasimində millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Turizm Agentliyinin və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

Çıxış edənlər ölkəmizdə turizmin inkişfı və yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən belə layihələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, "Leon Hotel, SPA və Restoran" kompleksi regionumuzda turizmin inkişafı istiqamətində həyata keçirilən əsaslı biznes layihələrindən biridir.

Rəsmi hissədən sonra otel komplesində yaradılan şəraitlə tanışlıq olub.

Beşmərtəbəli otel binasında 70 nəfərdən ibarət personal çalışacaq. Burada qonaqların istər ailəvi, istərsə də fərdi şəkildə gecələməsi üçün 5 tip otaq növü mövcuddur. Otuz səkkiz nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Oteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, açıq və bağlı şəraitdə fəaliyyət göstərəcək ailəvi restoranlar var. Restoranın xidmətlərindən təkcə oteldə gecələyən qonaqlar deyil, yerli sakinlərdə gün ərzində ailəvi şəkildə yararlana biləcəklər.

"Leon Hotel, SPA və Restoran" kompleksində müxtəlif trenajorlar, müasir idman avadanlığı və Fitnes Spa mərkəzi də qonaqların istifadəsinə verilib.

Keçidlər