Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə yeni istehsal müəssisəsi yaradılır

06 aprel 2023 | 12:03

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev “AzerGold” QSC-nin törəmə cəmiyyəti olan “AzerBlast” MMC-nin Gəncə şəhərində tikintisi aparılan istehsal müəssisəsinə baş çəkib, burada aparılan tikinti-quraşırma işləri ilə tanış olub.

Gəncə şəhərində inşa edilən müəssisənin yaradılmasında əsas məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.

İllik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər