Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib

08 noyabr 2026 | 19:08

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, habelə N saylı hərbi hissənin əsgərləri iştirak ediblər.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi və tarixi ədalətin bərpası istiqamətində sarsılmaz iradəsini, milli birliyini və qətiyyətini bütün dünyaya nümayiş etdirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində cəmi 44 gün ərzində tarixi Zəfər qazanılıb, ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda həlledici uğur əldə edilib. Bu Qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi xalqımızın yaddaşına əbədi həkk olunub.

Konsert proqramında F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri tərəfindən vətənpərvərlik ruhunda mahnılar ifa olunub. “Göygöl” Mahnı və Rəqs Ansamblının təqdim etdiyi rəqs nömrələri də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsert proqramı iştirakçıların böyük rəğbəti və alqışları ilə başa çatıb.

 

Keçidlər