Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Zəfər qəhrəmanlarının xatirəsi əziz tutulur

08 noyabr 2023 | 16:08

8 Noyabr-Zəfər Günü ilə əlaqədar olaraq Gəncənin Şəhidlər xiyabanı ziyarət edilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri şəhid ailələri və müharibə iştirakçıları ilə birgə  Gəncənin Şəhidlər Xiyabanını ziyarət ediblər.

Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ucaldılan Əbədi Məşəl Abidəsinin önünə tər çiçəklər düzərək, şəhidlərimizin  ruhunu ehtiramla yad ediblər.

Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Sonda Niyazi Bayramov şəhid ailələri və müharibə iştirakçıları ilə birgə xatirə şəkillər çəkdirib.

Qeyd edək ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, bu gün Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

Keçidlər