Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

07 noyabr 2023 | 11:49

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Zəfər Gününə həsr olunmuş “Zəfərə Aparan İdeya” adlı layihənin mükafatlandırma mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, AQUPDK-nin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul əməkdaşları, o cümlədən Uşaq Səfirlər Məclisinin üzvləri və Qərb bölgəsi üzrə təhsil alan şagirdlər iştriak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbir Dövət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni kreativ ideyaların uşaqların yaradıcı potensialının formalaşmasında müstəsna əhəmiyyətini nəzərə alaraq, Respublikamızın ayrı-ayrı regionlarında uşaqların ictimai fəallığının artırılması məqsədilə “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinə start verilib.  Müsabiqənin məqsədi uşaqların şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaqların intellektual inkişafının stimullaşdırılması, onlarda sərbəst düşünmə və problem həlletmə qabliyyətinin inkişaf etdirilməsi, istedadlı uşaqların cəmiyyətə təqdim olunması məqsədi daşıyır.

Çıxışlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Sonda Heydər Əliyev Park-Xiyaban Kompleksində ağacəkmə aksiyası baş tutub.  

 

 

Keçidlər