Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı keçirilib

10 noyabr 2022 | 10:45
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı baş tutub. Konsert proqramı Heydər Əliyev Park-Kompleksində "Zəfər Tağı"nın önündə gerçəkləşib. 
 
Əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmilərlə birgə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoyub. 
 
Böyük izdiham və coşqu ilə qarşılanan konsert proqramında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
"Zəfərin mübarək, Azərbaycan!" adlı konset proqramını məşhur aparıcı Vüsalə Əlizadə açıq elan edərək,  Gəncə sakinlərini 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə təbirk edib. O, şanlı Zəfər tariximiz haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, məhz 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizin olduğunu diqqətə çatdırıb. 
Konsertdə tamaşaçılara Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova,  Əməkdar artist Kəmalə Tağızadə, solistlər Rövşən  Məmmədov, Əli Məmmədov, İlham Qasımov, baletmeyster Sənan Cavadovun rəhbrəliyi ilə "Xəmsə" rəqs ansamblı və  "Göygöl" Dövlət  Mahnı və Rəqs  ansamblı  biri-birindən maraqlı ifalar və rəqslər təqdim edib.
 
Sonra isə Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva, tanınmış müğənnilər Çinarə Məlikzadə, Azəri qızı Günel, Tunar Rəhmanoğlu gözəl ifalarla çıxış ediblər.  
 
Konsert proqramı zamanı müasir səhnədə quraşdırılmış ekranda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Daha sonra üzərində işğaldan azad olunmuş ərazilərimizin adları əks olunan şarlar havaya buraxılıb. 
 
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. 
 
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı şəhər ziyalıları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, habelə şəhərə gələn qonaqlar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.
Keçidlər