Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun 2022 | 14:18

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və DİİXİHİ Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə  23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.

 Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə ehtiram ifadə ediblər.

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ötən illərin ən vacib hadisəsi torpaqlarımızın işğaldan azad olunması olub. Bu Qələbə Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, diplomatik sahədə əldə etdiyi uğurlar və Ordumuzun gücü, qüdrəti sayəsində əldə olunub. Artıq Qarabağda uğurla bərpa prosesi aparılırdığını qeyd edən şəhər rəhbəri, bu işdə  dövlət başçısının ətrafında sıx birləşərək dəstək olmağı diqqətə çatdırıb. İcra başçısı bayram münasibətilə kollektiv üzvlərini  təbrik edib, onlara uğurlar arzulayıb.

DİİXİHİ Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva bildirib ki, bu gün Dövlət Qulluqçularının Peşə Bayramı Günü ilə yanaşı həm də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin yaranması günüdür.  Komitə sədri bu münasibətlə DİXİRK-in sədri Hikmət Osmanovun adından dövlət qulluqçularını təbrik edib, onlara işlərində müvəffəqiyyətlər diləyib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev dövlət qulluqçuları adından göstərilən diqqətə görə Prezident İlham Əliyevə və şəhər rəhbərinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, həyatını, bütün mənalı ömrünü bu sahəyə həsr edən insanlar böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər.

Çıxışlardan sonra şəhər rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə İradə Ataini "Tərəqqi",   Natiq Binnətovu "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilməsi münasibətilə təbrik edib.  Eyni zamanda, DİİXİHİ Gəncə şəhər komitəsinin adından bir qrup dövlət qulluqçusuna səmərəli əmək fəaliyyətinə görə Diplomlar təqdim olunub. 

Qeyd edək ki, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Keçidlər